Главная > Cəmiyyət > Qarabağ müharibəsinə həsr olunan yeni kitabın təqdimatı keçirildi - Fotolar

Qarabağ müharibəsinə həsr olunan yeni kitabın təqdimatı keçirildi - Fotolar


13-01-2022, 15:38. Разместил: admin
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.

“Azadsəs.az” xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.


Təqdimat mərasimini Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev açıb.

Çıxış edənlər bildiriblər ki, bu kitab ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir. Kitabın uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük əhəmiyyəti olacaq.

Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim edərək onlara Vətən müharibəsindəki Şanlı Qələbə barədə məlumat veriblər.






Вернуться назад