Главная > Cəmiyyət > Anası 5 yaşlı Aytacı belə xilas etdi - Foto

Anası 5 yaşlı Aytacı belə xilas etdi - Foto


11-01-2022, 09:13. Разместил: admin
Azərbaycanın Naxçıvan şəhərində xəstələnən və təcili qaraciyər transplantasiyasına ehtiyacı olan 5 yaşlı Aytaç Pənahlı müalicə üçün Türkiyəyə aparılıb.

“Azadsəs.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, anası Namiyə Pənahovanın donor olması sayəsində sağlamlığına qovuşub.

Aytacın sağalmasının isə maraqlı hekayəsi var. Belə ki, hava şəraiti səbəbiylə anası Türkiyəyə təyyarə ilə uça bilməyib. Bu səbəbdən o, əməliyyatın gerçəkləşəcəyi Malatyaya taksi ilə gedib. Anasının Malatya Turquz Özal xəstəxanasına çatmasından sonra dərhal əməliyyat başlayıb. Həkimlərin sözlərinə görə, Aytacın həyatda qalması üçün zamanla yarışıblar.

Uğurlu əməliyyatdan sonra palataya köçürülən Aytac, indi özünü çox yaxşı hiss edir. Onun tezliklə ayağa qalxacağı gözlənilir.

“Aytacın sağlamllığına qovuşması üçün zamanla yarışırdıq. Onun əcnəbi olmasına görə bir sıra prosedur qaydalarını da həll etmək lazım idi. Ailənin maddi durumu da yaxşı deyil. Biz də araşdırma apardıq, sonra bir xeyirsevər iş adamı bütün xərcləri öz üzərinə götürdü. Əməliyyata bir saat da geciksəydik, üzücü hadisə baş verə bilərdi. Əməliyyata girəndə həkimlər uşağın hərəkət etmədiyini dedilər. Aytacın son anda əli qaldırması bizi ümidləndirdi və onu əməliyyata aldıq” - deyə xəstəxanın həkimi bildirib.



Вернуться назад