Главная > Cəmiyyət / Manset > Tapılan uşaq... - Video

Tapılan uşaq... - Video


8-01-2022, 19:38. Разместил: admin
Xəbər verdiyimiz kimi, dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev polis əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.

«Azadsəs.az”ın məlumatına görə, onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir neçə gün öncə uşağın anası Reyhan Şıxəliyeva efirə çıxaraq uşağın bir qadın tərəfindən aparıldığını iddia etmişdi.

Məhəmmədin anası həmin qadını tanımadığını bildirmişdi:

«5 övladım var. Həyat yoldaşım fəhlə işləyərək ailəni dolandırır. Məhəmməd evimizin ən balacasıdır. Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb. Ərazidə olan kameraya da həmin qadının görüntüləri düşüb, üzündə maska var. Həmin yerə gəlib, amma uşağı götürüb aparması görüntüyə düşməyib. Mən o qadını tanımıram, evimizə necə gəldiyini də bilmirəm. Heç kimə borcumuz da yoxdur».

Uşağın tapılma anının videosunu təqdim edirik:


Вернуться назад