Главная > Cəmiyyət > Qışda kondisionerdən istifadə edərkən bunlara diqqət edin

Qışda kondisionerdən istifadə edərkən bunlara diqqət edin


8-01-2022, 10:13. Разместил: admin
Qış aylarında mənzil və ofisləri isitmək üçün istilik sistemləri ilə yanaşı, kondisionerdən də istifadə olunur. Bu zaman insan sağlamlığını nəzərə alaraq müəyyən qaydalara əməl etmək lazımdır.

“Azadsəs.az” xəbər verir ki, evi kondisionerlə qızdırarkən temperaturu yüksək etmək məsləhət görülmür. Kondisionerdən istifadə olunarkən onun texniki xüsusiyyətləri nəzərə alınmalıdır. Evdəki kondisionerlə - istər yay, istərsə də qış ayları olsun – bayırdakı temperatur arasında 4-5 dərəcədən artıq fərq yaranmamalıdır.
Kondisioner işlək vəziyyətdə ikən ondan otağa freon tipdə qaz ayrılır ki, bu da qapalı məkanlarda insan orqanizminə mənfi təsir edir. Bu səbəbdən kondisionerdən uzun müddət istifadə etmək məsləhət deyil.

Kondisioner işləyən otaqda havanı mütəmadi olaraq dəyişmək və bu otaqda maksimum iki saat qalmaq lazımdır. Kondisionerdən sui-istifadə etmək, onun vasitəsilə otaqda həddindən artıq soyuq və ya isti hava yaratmaq olmaz. Belə olduqda beyin qan dövranı, ürək, qalxanvarı vəzi xəstəlikləri olanlar, o cümlədən yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkənlər belə hava şəraitinə qarşı dözümsüz olurlar.

İsti havalarda kondisioner ağ ciyərlərdə bir sıra ağır fəsadlara, hətta tənəffüs orqanlarında iltihabi problemlərini yaranmasına da səbəb ola bilər. Təmizlənməyən kondisionerlərdən istifadə zamanı isə allergik və ya astma kimi bir sıra xəstəliklərin sayı arta bilər. Bundan əlavə bu şəraitdə uzun zaman keçirmək ürək qan-damar sistemində, böyrək, qarın boşluğu orqanlarında patoloji prosesslərə səbəb olar.

Burada söhbət yalnız soyuq havadan getmir, isti havanın da orqanizmə mənfi təsirləri var. Orqanizmdə hər hansı bir patoloji proses nəticəsində hərarət bir dərəcə yüksəldikdə, ürək döyüntülərinin sayı 10 vurğu artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Soyuq qış aylarında kondisionerin isti havası otaqda quruluq yaradır, rütubəti azaldır. Bu cür hava yuxarı tənəffüs yollarının qıcıqlanmasına, bronxospazmın yaranmasına səbəb ola bilir. Eyni zamanda, qapalı şəraitdə hava-damcı yolu ilə yoluxan kəskin respirator xəstəliklərin yayılmasına da gətirib çıxarır. Həmçinin bu cür istiliyin orqanizmə mənfi təsirlərindən biri də ürəkgetməsi ola bilər. Bunun səbəbi isə damarların genişlənməsi nəticəsində beyin və daxili orqanlardan qanın periferiyaya paylanmasıdır.

Belə fəsadlarla üzləşməmək üçün kondisionerlərin filtrləri vaxtında təmizlənməlidir. İçərisindəki baraban və filtrlər işləndikcə kondisionerə toz və gözə görünməyən bakteriayalar yığılır və onlar da orqanizmə zərər vurur.
Вернуться назад