Главная > Cəmiyyət > “Soliton Mağazalar” və “Neptun Supermarketlər” şəbəkəsindən şəhid övladları üçün tədbir - Video

“Soliton Mağazalar” və “Neptun Supermarketlər” şəbəkəsindən şəhid övladları üçün tədbir - Video


3-01-2022, 20:42. Разместил: admin
30 ildir uğurla fəaliyyət göstərən “Soliton Group” və ona daxil olan “Soliton Mağazalar” və “Neptun Supermarketlər” şəbəkəsi bu dəfə daha fərqli, önəmli və həssas tədbirlə fərqlənməyi bacarıb.

“Azadsəs.az” xəbər verir ki, “Soliton Group” ailəsi “Başqa Planetə Gedirik” adlı sosial tədbir reallaşdırıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə reallaşan möhtəşəm tədbir maraqlı proqramla yadda qalıb.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları, yaxınları, ailə üzvləri xüsusi ayrılmış nəqliyyatla evlərindən götürülərək “Neptun Hipermarket”də təşkil olunan bayram şənliyinə gətiriliblər.

Şaxta Baba və Qar qızın iştirakı ilə baş tutan şənlikdə şəhidlərimizin yadigarları üçün maraqlı viktorinalar, proqramlar təşkil edilin, onlara müxtəlif hədiyyələr və bağlamalar təqdim edilib.

“Soliton Group” şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə qısa zamanda sağalmağı diləyir. “Soliton Group” ailəsi bir daha dünya azərbaycanlılarını təbrik edir, 2022-ci ildə bol ruzi-bərəkət arzulayır.


Вернуться назад