Главная > Cəmiyyət > İcbari tibbi sığorta ilə bağlı qaydalar təsdiqləndi

İcbari tibbi sığorta ilə bağlı qaydalar təsdiqləndi


24-12-2021, 22:33. Разместил: admin
Nazirlər Kabineti “İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası”nı təsdiqləyib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qərara uyğun olaraq “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Qərar 2022-ci il 1 iyun tarixindən qüvvəyə minir.
Вернуться назад