Главная > Cəmiyyət > Bu il xaricdə təhsil alan 726 nəfərin diplomu tanınmayıb

Bu il xaricdə təhsil alan 726 nəfərin diplomu tanınmayıb


23-12-2021, 12:38. Разместил: admin
Bu il ərzində xarici diplomların tanınması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 3004 müraciət daxil olub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə agentliyin sədri Eldar Orucov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, müraciətlərin əksəriyyəti müsbət cavablandırılıb: “Müraciətlərin 76 faizi (2278 ədəd) müsbət cavablandırılıb. 24 faizinə (726 müraciət) isə mənfi cavab verilib”.

E. Orucov bildirib ki, bu il ərzində agentliyin taninma.az keçidi, həmçinin tanınma haqqında şəhadətnamələrin həqiqiliyini müəyyən etmək məqsədilə myGov elektron portalında "Xarici diplomlarım” xidməti istifadəyə verilib.

Eldar Orucov qeyd edib ki, xarici diplomların tanınması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olan müraciətlərin əksəriyyəti qonşu ölkələrin ali təhsil müəssisələrini bitirənlər tərəfindən edilir. Daha çox Gürcüstan, Rusiya və Ukrayna kimi ölkələrdən müraciətlər daxil olur.

İmtinaların əsas səbəbinə gəlincə isə, agentlik sədri bildirib ki, burada əsas məsələ sərhəd məlumatlarının yetərli olmamasıdır. Həmçinin tələbələrlə dil müsahibəsi keçirilir və yetərli olmadıqda ona imtina verilir.

E. Orucov bildirib ki, MDB məkanı və Gürcüstan xaric olmaqla digər ölkələrin ali məktəblərinin diplomlarının tanınması üçün tələbələrlə müsahibələr təşkil olunmur.
Вернуться назад