Главная > Cəmiyyət > Amerikalı ekspert: “Prezident İlham Əliyev öz xalqının əsl lideridir”

Amerikalı ekspert: “Prezident İlham Əliyev öz xalqının əsl lideridir”


22-12-2021, 22:43. Разместил: admin
“Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təminatında və ölkədə sabit iqtisadi artımın dəstəklənməsində konkret nəticələrə nail olub”.

"Azadsəs.az" xəbər verir ki,beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Piter Teyz bu fikirləri agentliyə eksklüziv müsahibəsində bildirib.

O deyib ki, Prezident İlham Əliyevin administrasiyası Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün uzun illər beynəlxalq tərəfdaşlarla dialoqu davam etdirib.

Ekspert vurğulayıb ki, Azərbaycan Avrasiyada ən dinamik iqtisadi siyasət aparır və kənd təsərrüfatı sektorunda, eləcə də bərpa olunan enerji üzrə layihələrdə irəliləməkdə davam edir. Azərbaycan 2021-ci ildə qısa vaxt ərzində, xüsusən də ölkənin işğaldan azad olunmuş ərazilərində çoxsaylı meqalayihələr həyata keçirib.

Məsələn, işğaldan azad olunmuş Füzuli rayonunda cəmi bir neçə ay ərzində Füzuli Beynəlxalq Aeroportu tikilib. Sənaye şəbəkəsinə çevriləcək Ağdam rayonunun intensiv yenidənqurulması davam edir. Həmçinin, son 30 ildə irimiqyaslı dağıntılara məruz qalan Zəngilan rayonunda “ağıllı kənd” inşa edilir.

P.Teyz bildirib ki, Ermənistan ilə dialoqun bərpası Azərbaycan rəhbərliyi üçün 2021-ci il ərzində əsas prioritet olub, çünki rəsmi Bakı Cənubi Qafqazda sülhü və təhlükəsizliyi bərpa etməyə çalışır. Lakin Yerevan hələ də bu prosesi ləngitməyə cəhd edir və 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanatın əsas müddəalarını yerinə yetirməyə qərar verə bilmir. Bu il dekabrın 15-də Fransa Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş Bakı ilə Yerevan arasında məhsuldar dialoqun başlanğıcı üçün yaxşı fürsət idi. Lakin məlum olduğu kimi, qərb ölkələri adətən Ermənistana təzyiq göstərməkdən imtina edirlər. Məhz belə cəzasızlıq səbəbindən Ermənistan azad edilmiş ərazilərdəki minalanmış sahələrin dəqiq xəritəsinin verilməsi ilə bağlı Azərbaycanın çağırışına məhəl qoymamağı davam etdirir. Bu isə, öz növbəsində, mehriban qonşuluq münasibətlərinin bərpasının ləngiməsi ilə nəticələnir.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev öz xalqının əsl lideridir. O, ölkəsinin ərazi bütövlüyünü bərpa edərək və milli maraqlarını qoruyaraq, Rusiya ilə sıx əməkdaşlığı və Türkiyə ilə strateji tərəfdaşlığı davam etdirir. “Mən əminəm ki, Ankara-Bakı alyansı yaxın gələcəkdə dünyanın digər ölkələri üçün nümunəyə çevriləcək”, - deyə P.Teyz sonda vurğulayıb.
Вернуться назад