Главная > Cəmiyyət > “Avey”də 12 qəbir aşkarlandı - Fotolar
“Avey”də 12 qəbir aşkarlandı - Fotolar20-12-2021, 22:12. Разместил: admin |
“Avey” Dövlət tarix-mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar yekunlaşıb. “Azadsəs az”ın xəbərinə görə, arxeoloji qazıntılar zamanı 12 torpaq qəbir aşkar edilib. Doqquz skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyini üzərində lakin xristian adəti üzrə dəfn edilib. Digər skeletin sağ əli çiyinə doğru, sol əl isə ona paralel lakin sağ çanağa doğru istiqamətlənib. Daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn qeydə alınıb. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilib. Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kvadratmetr olan qazıntı sahəsinin GPS koordinatları götürülüb, geodezik cihazlarla ölçmələr aparılıb. Вернуться назад |