Главная > Cəmiyyət / Manset > Sahil Babayev media rəhbərləri ilə görüşdü - Fotolar
Sahil Babayev media rəhbərləri ilə görüşdü - Fotolar18-12-2021, 16:43. Разместил: admin |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşüb. “Azadsəs.az” xəbər verir ki, 4 saylı DOST mərkəzində keçirilən görüşdə 50-dək media təşkilatı və KİV rəhbəri iştirak edib. S.Babayev qeyd edib ki, nazirlik hər gün media ilə sıx təmasda fəaliyyət göstərir, qurumun fəaliyyəti mütəmadi olaraq mediada əksini tapır. Hazırkı görüş də müvafiq mövzularda media orqanları rəhbərləri ilə fikir mübadiləsi aparmaq, sosial sahədə görülən işlərin nəticələri ilə bağlı məlumat vermək, onların rəy və təkliflərini dinləməkdir. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bu kimi görüşlərin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı qeyd olunub ki, Prezidentin 2021-ci il 16 oktyabr tarixli Sərəncamı əsasında sosial islahatların yeni mərhələsi başlanır. Yeni islahat mərhələsi 2,1 milyondan çox vətəndaşın rifahına dəstək olacaq. Bunun illik əlavə 1,5 milyard manat nəzərdə tutulub. Ümumən son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 37%, median əməkhaqqı 74%, əməkhaqqı fondu 92% artıb. Minimum pensiyada 82%, orta aylıq pensiyada 60%, müavinət və təqaüdlərdə orta hesabla iki dəfə artım baş verib. Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər sosial dəstəklə təmin olunur. Bu dəstək tədbirləri çərçivəsində 40 min şəxsə 46 min xidmət göstərilib. O cümlədən, şəhid ailələrinin üzvləri və müharibə əlilləri olan 10351 şəxsə 20644 sosial ödəniş təyin edilib. Вернуться назад |