Главная > Cəmiyyət / Manset > Şuşa arzusu reallaşan, 13 ay sonra saçını, üzünü qırxdıran şəhid atası... - Videoreportaj

Şuşa arzusu reallaşan, 13 ay sonra saçını, üzünü qırxdıran şəhid atası... - Videoreportaj


18-12-2021, 11:26. Разместил: admin
Bir neçə gün öncə telefonumuza zəng gəldi, şəhid Anar Vəlizadənin anası Zenfira xanım idi. Dedi, oğlum, Anar şəhid olandan atası çox əzab çəkir, hər səhər məzarına gedir, axşam qayıdır. Düz bir il bir aydır ki, saçını, üzünü qırxdırmır. Deyir, oğlumun şəhid olduğu Şuşaya gedim, gəlim sonra...

Bu barədə redaksiya daxilində müzakirə etdikdən sonra, qərara gəldik ki, şəhid atasını Salyanın Cəngən kəndindən götürüb birbaşa Şuşaya yollanaq.
Ertəsi gün artıq səhər saat 9-da Vəliyevlər ailəsinin yaşadığı Cəngəndə idik. Bizi qarşılayan Afət dayı dedi ki, bala, hələ də gözlərimə inana bilmirəm, bu günü düz bir il bir aydır gözləmişəm...


Вернуться назад