Главная > Cəmiyyət / Manset > Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilir
Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilir17-12-2021, 16:23. Разместил: admin |
Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik təklif edilir. “Azadsəs.az”ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur. Dəyişikliklə Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”. Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”. Вернуться назад |