Главная > Cəmiyyət > QHT-lərə Dövlət Dəstəyi Agentliyində İİB nümayəndələri ilə görüş keçirildi

QHT-lərə Dövlət Dəstəyi Agentliyində İİB nümayəndələri ilə görüş keçirildi


16-12-2021, 23:13. Разместил: admin
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə görüş keçirilib.

“Azadsəs.az” xəbər verir ki, görüşdə İslam İnkişaf Bankının ölkə üzrə əməliyyatlar meneceri Dr. Fərid Əhməd Xan, əməliyyatlar qrupunun rəhbəri Kokhorjon Aminov, texniki əməkdaşlıq üzrə baş koordinator Əhməd Faruk Diken, gənclər məsələri ilə bağlı nümayəndə Şaria Valker, bankın ölkə üzrə nümayəndəsi Lalə Yusifova və digər nümayəndələri iştirak edib.

Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev qonaqları salamlayaraq, onlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib.

V.Quliyev ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və İslam İnkişaf Bankına üzv dövlətlərin QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, Agentliyin İslam İnkişaf Bankı ilə birgə QHT-lər üçün qrant müsabiqələrinin keçirilməsini, habelə institusional inkişaf proqramlarının reallaşdırılmasını təklif edib.

Görüş zamanı İslam İnkişaf Bankının ölkə üzrə Əməliyyatlar Meneceri Dr. Fərid Əhməd Xan vətəndaş cəmiyyəti sahəsində İslam İnkişaf Bankına üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında mühüm işlərin görülməsi imkanlarının vacibliyini vurğulayıb.

Вернуться назад