Главная > Cəmiyyət / Manset > Şəhidimizlə vida mərasimi keçirilir - Fotolar

Şəhidimizlə vida mərasimi keçirilir - Fotolar


9-12-2021, 21:34. Разместил: admin
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevlə Siyəzəndə vida mərasimi keçirilir.

“Azadsəs.az” APA-ya istinadən xəbər verir ki, şəhid əsgər Əliyev Asif Adil oğlunun cənazəsi Siyəzən rayonunun Zarat kəndinə, evlərinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.
Evin tək oğlu olan A.Əliyevin hərbi xidmətinin başa çatmasına 20 gün qalmışdı.

Asif Əliyev Vətən Müharibəsinin iştirakçısı olub, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidin atası Adil Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.






Вернуться назад