Главная > Cəmiyyət > “Bu cəfəng məsələlərin heç biri bəyanatda öz əksini tapmadı”

“Bu cəfəng məsələlərin heç biri bəyanatda öz əksini tapmadı”


27-11-2021, 14:22. Разместил: admin
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ötən gün Soçidə Azərbaycan Prezident İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edib.

Z. Əsgərov məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, ötən gün Soçidə imzalanmış bəyanat 2020 və 2021-ci illərdə imzalanmış bəyanatları bir daha təsdiq edərək möhkəmləndirdi: "2021-ci ilin 11 yanvar tarixli bəyanatda kommunikasiya xətlərinin açılması, delimitasiya və demarkasiya və təhlükəsizlik məsələləri öz əksini tapmışdı. Soçi bəyanatında da bunlar bir daha öz əksini tapmış oldu. Hesab edirəm ki, bu bəyanat Azərbaycanın milli maraqlarına tamamilə cavab verir".

Onun sözlərinə görə, Paşinyan çıxışında yenə Dağlıq Qarabağdan, ATƏT-in Minsk Qrupunun dirçəldilməsindən, "hərbi əsir"lərdən danışırdı: "Bu cəfəng məsələlərin heç biri bəyanatda öz əksini tapmadı. Burada Minsk Qrupunun nə rolu ola bilər ki? Hansı Dağlıq Qarabağdan söhbət gedə bilər? Artıq müharibə bitib və Qarabağ işğaldan azad olunub.

Hərbi əsirlər məsələsini Paşinyan hər dəfə qaldırır. Ancaq bu məsələ bəyanatın təsiri altına düşmür. Beynəlxalq humanitar hüququn tələblərinə görə, bəyanatdan sonra Azərbaycan ərazisində saxlanılan şəxslər diversant hesab olunur. Çünki onlar müharibə vaxtı əsir götürülməyib. Həmin şəxslər bəyanat imzalanandan sonra Azərbaycanın ərazisində götürülmüş erməni diversantları və təxribatçılarıdır. Buna görə də hərbi əsir sayılmırlar və haqlı olaraq bəyanatda bu məsələ barəsində bir kəlmə də söz yoxdur.

Möhtərəm Prezidentimizin dediyi kimi, bəyanat Azərbaycanın tam olaraq milli maraqlarına cavab verir. Qeyd edim ki, məcburi köçkünlərin qayıtması məsələsi 2020-ci ilin 10 noyabr tarixli bəyanatda da əks olunub. Ancaq bu bəyanat əsasən kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Burada xüsusilə Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirən həm dəmir yolunun, həm də avtomobil yolunun açılması, delimitasiya və demarkasiya və təhlükəsizlik məsələlərinin, normal qonşuluq münasibətlərinin təcili həll olunması əks olunur.

Bəyanatda Dağlıq Qarabağ anlayışı yoxdur. Söhbət artıq birbaşa Ermənistan və Azərbaycan arasında olan danışıqlar müstəvisinə keçib".
Вернуться назад