Главная > Cəmiyyət / Manset > “Erkən uşaqlıq dövründə inkişaf”: İnsan həyatının ən kritik mərhələsi diqqət mərkəzində
“Erkən uşaqlıq dövründə inkişaf”: İnsan həyatının ən kritik mərhələsi diqqət mərkəzində26-11-2021, 19:52. Разместил: admin |
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Erkən uşaqlıq dövründə inkişaf” (EUDİ) layihəsi həyata keçirilir. Oxu.Az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birlikdən layihənin 2019-cu ildə başladığı və 2021-ci ilin sonunda şərti olaraq onun ilkin mərhələsinin başa çatacağı bildirilib. Maliyyə tərəfdaşı Avropa İttifaqı olan layihənin bundan sonra da davamlı icrası nəzərdə tutulur. Layihə üzrə 4 əsas hədəf regionu var. Bura Bakı, Gəncə, Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonları daxildir. Hədəf auditoriyasına valideynlər, mütəxəssislər, hansı ki, bura uşaqların inkişafı ilə məşğul olan sosial işçilər, tibb işçiləri, QHT-lər, həssas qrupdan olan uşaqlara qayğı göstərən şəxslər daxildir. Layihənin məqsədi 0-8 yaşarası uşaqların sosial, fiziki və əqli inkişafı üçün valideynləri maarifləndirmək və mütəxəssislərin peşəkar inkişafına töhfə verməkdir. Birlik həm yerlərdə, həm də virtual platformalarda müvafiq istiqamətdə fəaliyyət göstərir. Tədqiqatlar göstərir ki, 0-8 yaş dövrü, xüsusilə də 0-3 yaş dövrü uşaqların həyatında, ümumiyyətlə insan həyatında ən kritik dönəmdir və beynin 80 faizi 3 yaşa qədər, 90 faizi isə 5 yaşa qədər artıq formalaşmış olur. Bu yaş dövründə uşağa qazandırılan, verilən tövsiyələr ən yaxşı töhfədir. Bu cəhətdən insan beyni 8 yaşa qədər ən plastik dövrünü yaşayır. Bu dövrdə uşağın beynini daha çox inkişaf etdirmək olar. Vurğulanıb ki, UNICEF dünyada erkən uşaqlıq dövrünün inkişafını təşviq etməyi, bura daha çox diqqət ayırmağı qarşısına məqsəd qoyub. Hazırda Azərbaycanda da beynəlxalq trendi dəstəkləyən layihələr icra olunur və bu çərçivədə xeyli işlər görülüb. Bildirilib ki, layihə çərçivəsində onlayn resurs mərkəzi fəaliyyət göstərir və portal vasitəsilə qeyd edilən hədəf auditoriyası maarifləndirilir. Resurs Mərkəzi daima zənginləşdirilir. Valideynlər portal vasitəsilə birbaşa mütəxəssislərə suallar ünvanlaya və tövsiyələr ala bilirlər. Eyni zamanda podkastlar, vebinarlar da təşkil olunur. Sosial media vasitəsilə zəngin məzmunlar, elmi təsdiq olunmuş materiallar paylaşılır. Həmçinin, yerlərdə təlim və tədbirlər təşkil olunur. Bununla da prioritet olaraq müəyyən edilən istiqamətlər - insan ömrünün ilk 1000 gününün, ana südünün əhəmiyyəti, pozitiv valideynlik, fiziki inkişaf, erkən stimullaşdırma üzrə konsepsiyalar diqqətə çatdırılır. Layihə istiqamətində sosial çarxlar çəkilib və çəkilməkdədir. Onların bir qismi televiziyada yayımlanıb. Qeyd edilib ki, medianın da bu məsələlərlə bağlı məlumatlandırılması vacibdir. Çünki valideynlərin maarifləndirilməsində də medianın rolu yüksəkdir. Bu layihənin davamlılığı üçün çox əhəmiyyətli amildir. Вернуться назад |