Главная > Cəmiyyət > Azərbaycan Ordusunun generalı vəfat etdi

Azərbaycan Ordusunun generalı vəfat etdi


22-11-2021, 08:22. Разместил: admin
Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, general ağır xəstəlikdən dünyasını dəyişib:

“General A.Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib”.

Ü.Cəfərov qeyd edib ki, sabah general A.Vasyakın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.
Вернуться назад