Главная > Cəmiyyət > Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır
Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır7-05-2020, 15:03. Разместил: azadses |
Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır. Azad Səs-in məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib. Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək. Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”. N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib. Вернуться назад |