Главная > Cəmiyyət > “TikTok” paylaşımlarına görə 16 yaşlı oğlana - Rəsmi xəbərdarlıq edildi
“TikTok” paylaşımlarına görə 16 yaşlı oğlana - Rəsmi xəbərdarlıq edildi19-11-2021, 15:23. Разместил: admin |
Bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub. DİN Mətbuat xidmətindən "Azadsəs.az"a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı A.M. olması müəyyən edilib. O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.M.-la müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib. Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib. Вернуться назад |