Главная > Cəmiyyət > Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlandı - FOTO

Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlandı - FOTO


7-05-2020, 12:27. Разместил: azadses
Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl uşaq bağçası aşkarlayıblar. 
Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb.Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. G.Günəşli və bağçanın digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Вернуться назад