Главная > Cəmiyyət > “Ermənilər ömür boyu Şuşaya uzaqdan baxacaqlar” - Zəfərin simaları danışır + Video
“Ermənilər ömür boyu Şuşaya uzaqdan baxacaqlar” - Zəfərin simaları danışır + Video9-11-2021, 18:12. Разместил: admin |
Vətən müharibəsindəki şanlı qələbəmizdən bir il ötür. “Azadsəs.com” böyük zəfərin ildönümündə torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan qəhrəmanlarla həmsöhbət olub. 44 günlük şanlı tarixə yerindəcə şahidlik edən cəsur hərbçilərimiz döyüş təəssüratlarını bizimlə bölüşüblər. Quru Qoşunlarının polkovnik-leytenantı Ehtiram Məmmədov, Quru Qoşunlarının polkovnik-leytenantı Etibar Məmmədov, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı Rüfət Quliyev və Xüsusi Təyinatlı Qüvvələrin zabiti döyüş meydanı və Zəfər Günü ilə bağlı xatirələrini bölüşüblər. Onlar bildirib ki, əvvəlcə Füzulidə düşmənin 30 il ərzində hazırladığı mövqeləri darmadağın ediblər. Noyabrın 2-də isə Şuşa əməliyyatı ilə bağlı təlimat gəlib və noyabrın 4-də Daşaltıdan hücum başlanıb. Hərbçilər bildirib ki, müharibə vaxtı ali zabit heyəti də əsgərlərlə birlikdə döyüş meydanında olub. Döyüşçülərimiz yaralansalar da, geri çəkilməyiblər. Bəzən 15-20 nəfərlik heyətlə ermənilərin bütöv bir alayına qarşı döyüşüblər. Müharibənin ən qaynar nöqtələrində olmuş XTQ zabiti düşməni geri çəkilməyə məcbur etdiklərini deyib: “Noyabrın əvvəli Şuşanı uzaqdan görəndə bütün yorğunluğumuz sıfırlandı. Tam gücümüzlə Şuşa istiqamətində hücuma keçdik. Bizə heç nə mane ola bilmədi. Orda şəhidlərimiz də, qazilərimiz də oldu. Amma nəticədə qardaşlarımız qanı bahasına Şuşanı azad elədilər. İnşallah ki, bir daha Şuşaya erməni ayağı dəyməyəcək. Necə ki, indi Şuşaya uzaqdan baxırlar, ömür boyu da uzaqdan baxacaqlar”. Вернуться назад |