Главная > Cəmiyyət > Binəqədidə “Dəmir yumruq” adlı tədbir keçirildi - Fotolar
Binəqədidə “Dəmir yumruq” adlı tədbir keçirildi - Fotolar7-11-2021, 18:21. Разместил: admin |
Binəqədi rayonunda 8 Noyabr- Zəfər gününə həsr edilmiş silsilə tədbirlər davam edir. "Qafqazinfo" xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon ərazisində fəaliyyət göstərən 83 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə “Dəmir yumruq “ adlı tədbir keçirilib. Tədbirdə məktəbin Şəhidlik zirvəsinə ucalmış məzunları Rövşən İsmayılov və Cəmil Nəcəfovun anaları, Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şəhid Yasər Əhmədovun bacısı - məktəbin rus- dili müəlliməsi Aynur Əhmədova, Vətən müharibəsi qaziləri- Ceyhun Sədrayev, Elvin Abışov, müharibə iştirakçıları Rövşən Talıbov, məktəbin rəhbərliyi, valideyn və şagird kollektivi iştirak ediblər. Əvvəlcə məktəb-liseyin şagirdləri tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilmiş, daha sonra bədii kompozisiya təqdim edilib. Məktəbin direktoru çıxış edərək Vətən müharibəsi haqqında məktəbdə görülən işlərin hesabatını verib. Daha sonra Sevinc Süleymanova çıxış edərək İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi Qələbə münasibətilə hər kəsi təbrik edib. Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri müharibə xatirələrindən söz açaraq gənclərə öz tövsiyələrini söyləmiş və onlara göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər. Tədbirin gedişatında məktəbin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar nümayiş etdirilib. Sonda Şəhid anaları çıxış edərək öz övladları haqqında danışmış və şagirdlərə təşəkkür ediblər. Вернуться назад |