Главная > Cəmiyyət / Manset > “9 minə yaxın məhkum azadlığa buraxılıb” - Sahibə Qafarova

“9 minə yaxın məhkum azadlığa buraxılıb” - Sahibə Qafarova


7-11-2021, 16:23. Разместил: admin
“Hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir”.

“Azadsəs.com” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova rəsmi mətbuata müsahibəsində deyib.

“Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir. 1995-2021-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə möhtərəm Prezident İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilmişdir. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır. Həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunmuş, bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunmuşdur”, - deyə S.Qafarova bildirib.
Вернуться назад