Главная > Cəmiyyət > DSX iş adamı İlqar Məmmədovu təltif etdi - Foto

DSX iş adamı İlqar Məmmədovu təltif etdi - Foto


6-11-2021, 19:06. Разместил: admin

“Artpak” şirkətinin təsisçilərindən biri, iş adamı İlqar Məmmədov bu gün Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb.

"Qafqazinfo" xəbər verir ki, azərbaycanlı iş adamı “Hərbi əməkdaşlıqda xidmətlərinə görə” medalı ilə təltif edilib.

Vətən Müharibəsi ərzində Artpak Azərbaycan ordusuna xeyli köməklik göstərirdi. Şirkət və onun əməkdaşları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürülüb. “Artpak” işğaldan azad edilmiş ərazilərdə sərhədləri qoruyan sərhədçilərə ərzaqla yük maşını da göndərib.

“Artpak” 2009-cu ildə yaradılıb və elastik plastik qablaşdırma və öz-özünə yapışan etiketlərin istehsalı üzrə ixtisaslaşıb. “Artpak” ən son texnologiyalar əsasında işləyir, şirkətin çap məhsulları layiqli nüfuza və yüksək tələbata malikdir və beynəlxalq standartlara cavab verir.

Вернуться назад