Главная > Cəmiyyət > “Pegasus” casus proqramına görə bu şirkətlər “qara siyahı”ya salındı

“Pegasus” casus proqramına görə bu şirkətlər “qara siyahı”ya salındı


4-11-2021, 10:22. Разместил: admin
ABŞ administrasiyası dörd şirkəti “qara siyahı”ya əlavə edib.

“Azadsəs” xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunlardan ikisi İsrailin “NSO Group” və “Candiru” texnologiya şirkətləridir.

Qeyd edilib ki, qərar sözügedən şirkətlərin xarici dövlətlərə casus proqramları satması ilə əlaqədardır:

“ABŞ hökuməti ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına qarşı olan hərəkətlər səbəbindən dörd xarici şirkəti sanksiya siyahısına əlavə edib”.

Rusiyanın “Positive Technologies” və Sinqapurun “Coseinc” şirkəti də siyahıya artırılıb. O da qeyd olunub ki, şirkətlərin mərkəzlərinin yerləşdiyi ölkələrə qarşı addım atılmayacaq.

Vurğulanıb ki, “Pegasus” casus proqramı ilə tanınan “NSO Group” və “Candiru”nun siyahıya artırılmasının səbəbi bu şirkətlərin rəsmilər, jurnalistlər, iş adamları, aktivistlər, alimlər və səfirlik əməkdaşlarının hədəf alınmasında istifadə edilməsi üçün xarici ölkələrə proqram satmalarıdır.

Qeyd edək ki, “OCCRP” beynəlxalq jurnalist təşkilatı “NSO Group” tərəfindən yaradılmış “Pegasus” casus proqramı vasitəsilə dünya üzrə siyasətçilərin, jurnalistlərin və aktivistlərin telefon danışıqlarının dinlənildiyi barədə qalmaqallı bəyanat yayıb.

Təşkilatın dünyanın aparıcı KİV orqanları ilə birgə həyata keçirdiyi araşdırmaya əsasən, kəşfiyyat xidmətlərinə, hüquq-mühafizə orqanlarına və hərbi qurumlara “Pegasus” casus proqramına girişi 2016-cı ildən təmin edib.

Belə məlum olub ki, proqram 50-yə yaxın ölkədə 50 mindən çox cihaza, Azərbaycanda isə mindən çox telefona yüklənib. Hədəf alınan telefon nömrələri əsas olaraq Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və BƏƏ-dən olub.

Həmçinin oxuyun: Telefonları dinləyən şirkətlə bağlı xüsusi komissiya yaradıldı

Makron “Pegasus”a görə telefonunu və nömrəsini dəyişdirdi
Вернуться назад