Главная > Cəmiyyət > Azərbaycanda icra başçısının danladığı şöbə müdirinin ürəyi partlayıb öldü - FOTO
Azərbaycanda icra başçısının danladığı şöbə müdirinin ürəyi partlayıb öldü - FOTO6-05-2020, 14:46. Разместил: azadses |
Gədəbəy Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəfat edib. Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlu ürək tutması nəticəsində qəfil həyatını itirib. Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməyi ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından ölüb. Publika.az-ın məlumatına görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq üçüncü dəfədir baş verir. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında ölüb, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçının qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirib. O, bundan sonra xəstəxanaya aparılıb. Вернуться назад |