Главная > Cəmiyyət > Azərbaycanda ağır COVID-19 xəstələrinə qan köçürülməsinə başlanıldı
Azərbaycanda ağır COVID-19 xəstələrinə qan köçürülməsinə başlanıldı6-05-2020, 11:46. Разместил: azadses |
Azərbaycanda ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Azad Səs-in məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. TƏBİB bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb. Qeyd olunub ki, donor olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87; 907 +99412 440 65 86 +99412 440 78 50 +99412 441 66 52 Вернуться назад |