Главная > Cəmiyyət > Ailələri İŞİD üzvü olan 38 uşaq Azərbaycana təhvil verilib

Ailələri İŞİD üzvü olan 38 uşaq Azərbaycana təhvil verilib


27-10-2021, 21:57. Разместил: admin
Ailələri İŞİD üzvü olan onlarla azyaşlı Azərbaycananın Bağdaddakı səfirliyinə təhvil verilib.

Bunu İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Səhaf bəyan edib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliklə İraq XİN və Ədliyyə Nazirlikləri arasındakı koordinasiya əsasında İŞİD terrorçularının 38 övladı öz evlərinə qaytarılmaq üçün Azərbaycan səfirliyinə təhvil verilib.

Əl-Səhaf həmin uşaqların terror təşkilatına mənsub və həbs cəzası alan analarının yanında olduğunu qeyd edib.
Вернуться назад