Главная > Cəmiyyət > Yaşı 12-dən çox olan uşaqların vaksinasiyası ilə bağlı VACİB AÇIQLAMA
Yaşı 12-dən çox olan uşaqların vaksinasiyası ilə bağlı VACİB AÇIQLAMA27-10-2021, 20:19. Разместил: admin |
“Risk qrupuna aid olan xroniki xəstəliklərdən əziyyət çəkən (piylənmə, immun çatışmazlığı, ürək qüsuru, xroniki ağciyər xəstəliyi, böyrək çatışmazlığı, sinir xəstəlikləri, daun sindromları və s.) yaşı 12-dən böyük olan uşaqların koronavirusa qarşı peyvənd olunması tövsiyə edilir”. Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova canlı yayımda sualları cavablandırarkən deyib. O bildirib ki, hər iki valideynin razılığı əsasında 12 yaşdan böyük olan uşaqların koronavirusa qarşı peyvəndlənməsi həyata keçirilə bilər: “Onlara “Pfizer” vaksininin vurulması tövsiyə edilir. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə elmi araşdırmalar hələ tam başa çatmayıb. Bu səbəbdən ÜST-ün tövsiyəsinə əsasən biz bu gün həmin uşaqlara “Pfizer” vaksinini tövsiyə edə bilirik. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir. Peyvəndlənmə pandemiya dönəmini keçmək üçün vacib amildir”. Вернуться назад |