Главная > Cəmiyyət / Manset > Xətaida avtomobillə vurulan qadın ağır xəsarət alıb

Xətaida avtomobillə vurulan qadın ağır xəsarət alıb


18-10-2021, 15:09. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü A. Heydərovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад