Главная > Cəmiyyət / Manset > Qida məhsullarının reytinqi hazırlanıb
Qida məhsullarının reytinqi hazırlanıb15-10-2021, 16:08. Разместил: azadses |
ABŞ-ın Tafts Universiteti alimləri ərzaq məhsullarının reytinqini tərtib ediblər. Müvafiq məqalə “Nature Food” jurnalında dərc olunub. Qida məhsullarının faydalılıq əmsalı üzərində qurulan siyahının hazırlanmasına üç il vaxt sərf edilib. Bu müddət ərzində alimlər məhsullar üzərində müxtəlif tədqiqatlar aparıblar. Reytinqdə ən yüksək balı paxlalılar, qoz, fındıq və tumlar alıb. Həmçinin, meyvə və tərəvəzlər, dəniz məhsulları da siyahının yuxarı pillələrində qərarlaşıb. Ən aşağı bal qazananlar isə şirin desertlər və qəlyanaltılar olub. Ekspertlər məhz sonunculardan uzaq durmağı məsləhət görüblər. Mənbə: nature.com Вернуться назад |