Главная > Cəmiyyət > Bazar günü icazəsi olan 275 nəfər saxlanılıb

Bazar günü icazəsi olan 275 nəfər saxlanılıb


4-05-2020, 12:38. Разместил: azadses
Mayın 3-də, həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib. 
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu növ pozuntulara yol verən yalnız Bakı şəhəri üzrə 275 nəfər saxlanılaraq, hər biri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
BŞBPİ zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsdən ciddi səbəb olmadan evdən çıxmamalarını tövsiyə edib.
 
Qeyd edək ki, icazə verilən şəxslər ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş vətəndaşlardır. 
Вернуться назад