Главная > Cəmiyyət / Manset > Həbsdə olan jurnalist Mahir Xəttabın vəziyyəti necədir? - AÇIQLAMA
Həbsdə olan jurnalist Mahir Xəttabın vəziyyəti necədir? - AÇIQLAMA6-10-2021, 16:57. Разместил: azadses |
Həbsdə olan jurnalist, “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında vəkili ilə görüşüb. Bu barədə Oxu.Az-a jurnalistin vəkili Araz Nurməmmədov deyib. Vəkil bildirib ki, jurnalistin istintaq təcridxanasında saxlanma şəraiti normaldır: “Səhhətində ciddi narahatlıq hiss etmir. Saxlanma şəraiti də normaldır. Görüş zamanı Mahir Ələkbərov bildirdi ki, dövlətin ədalətinə güvənir və tezliklə həqiqətin öz yerini tapacağına ümid edir. Görüş zamanı Mahir Ələkbərov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanlara qarşı çox yaxşı rəftar olunduğunu da bildirdi”. Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir. Вернуться назад |