Главная > Cəmiyyət > Bakı sakininin 7500 dolları oğurlandı
Bakı sakininin 7500 dolları oğurlandı2-05-2020, 11:46. Разместил: azadses |
Bakının Xəzər rayonunda Türkan qəsəbəsi sakininin 7 500 ABŞ dolları oğurlanıb. Azad Səs-in məlumatına görə 1972-ci il təvəllüdlü Vüqar Məmmədov 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, göstərilən məbləğ qapı sındırılaraq evindən götürülüb. O, qonşusundan şübhələndiyini desə də, sonuncunun günahı hələlik sübut olunmayıb. Oğurluq faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, aprel ayında paytaxtda xüsusi karantin rejimi ilə əlaqədar şəxsi və dövlət əmlakından oğurluq hallarının sayı iki dəfə azalıb. Bunu daxili işlər orqanlarının statistik məlumatları göstərir. Əvvəllər Bakıda hər ay təxminən 1 200 oğurluq hadisəsi qeydə alınırdı, indi isə bu rəqəm 700-ə düşüb. Oğurluqların əksəriyyəti kiçik həcmlidir. Вернуться назад |