Главная > Cəmiyyət / Manset > Göyçayda körpünün uçması ilə bağlı RƏSMİ AÇIQLAMA

Göyçayda körpünün uçması ilə bağlı RƏSMİ AÇIQLAMA


29-09-2021, 16:05. Разместил: azadses
Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video görüntülü məlumat paylaşılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama verib.

“Rəsmi olaraq bildiririk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb”, - deyə qurum bəyan edib.


Вернуться назад