Главная > Cəmiyyət / Manset > Ön cəbhədə yaralanan hərbçinin pensiyası kəsildi

Ön cəbhədə yaralanan hərbçinin pensiyası kəsildi


29-09-2021, 07:56. Разместил: azadses
Lerik rayon sakini Məcidov Alim Vəli oğlu müraciət edərək, pensiyasının kəsildiyini deyir. O, 2011-ci ildə Ağdam rayonunda ön cəbhədə qulluqda olarkən, düşmənin atdığı güllədən yaralanıb. Gizir kimi xidmətdə olan Alim Məcidov 2016-cı ildən xidmətə yararsız hesab edilib və yaralandığına görə əlillik təyinatı alaraq ehtiyyata göndərilib. Qarabağ qazisi bu ilin yayından etibarən pensiya ala bilmir:
"2010-cu ildə Ağdam rayonunda hərbi hissədə gizir kimi xidmət etmişəm. Müddətli hərbi xidmətimi bitirəndən sonra könüllü olaraq ön cəbhədə gizir kimi xidmətə başladım. Gizir hazırlıq kursunu bitirmişəm. 2011-ci ildə postda növbədə olan zaman düşmənin atdığı güllədən yaralanmışam. 2016-cı ilə qədər xidmət etmişəm. Dəfələrlə hərbi hospitalda müayinə və müalicə olunmuşam. Daha sonra xidmətə yararsız hesab olundum. Bu səbəbdən ehtiyyata buraxılmışam. 2016-cı ildən 2021-ci ilin yayına qədər 2-ci qrup üzrə Qarabağ əlili kimi pensiya almışam. 2021-ci ilin iyul ayında komissiya müddətim bitdi. Bununla bağlı xəstəliyimlə əlaqədar "forma 88"i Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə göndərdim. Lakin, nazirlikdən imtina cavabı gəldi. Daha sonra nazirliyə getdim. Nazirlikdən dedilər ki, məni qeydiyyata alıblar və 15 gün müddətində komissiyaya çağıracaqlar. Lakin, bir aydan çox müddət keçməsinə baxmayaraq heç bir komissiyaya dəvət edilməmişəm. Əgər, nazirlik yararlı olduğumu deyirsə, məni təzdən xidmətə göndərsinlər. Mən ailəmi dolandırmalıyam. Yaralanmağımla əlaqədar ağır işlərdə çalışa bilmirəm. Təngənəfəs oluram. Digər tərəfdən, gözlərim də zəifləyib".

Вернуться назад