Главная > Cəmiyyət / Manset > Şəki Dram Teatrı yeni tamaşaları və qiymət artımını anons etdi
Şəki Dram Teatrı yeni tamaşaları və qiymət artımını anons etdi28-09-2021, 17:26. Разместил: admin |
Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci ilin 1 oktyabrından ümumi tutumu 50 faizdən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zalları, kinoteatr və teatrların fəaliyyətinə icazə verilməsi ilə bağlı müvafiq qərarından sonra Şəki Dövlət Dram Teatrı da yeni əsərlərinin tamaşaya qoyulması ilə bağlı işləri sürətləndirib. Teatrdan Oxu.Az-a verilən məlumata görə, teatrda ilin sonuna qədər iki əsər məşhur İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli Hadisə” (rejissor Orxan Həmidli) və çex yazıçısı Karel Çapekin məşhur “Ana” (baş rejissor Mirbala Səlimli) əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusunda yazılan dünyanın ən məşhur əsərlərindən olan “Ana” əsəri həm də 44 günlük vətən müharibəsinə həsr olunub. Ən qısa zamanda ərsəyə gətirilməsi planlaşdırılan səhnə əsərləri uzun müddət teatrdan uzaq qalan tamaşaçıların da ürəyincə olacaq. Seçilən bu əsərlər isə əlbəttə ki, qısa zamanda verilən bir qərar deyildi. Pandemiya dönəmində belə Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin təşəbbüsü ilə yaradılan rejissor labaratoriyası sayəsində müxtəlif əsərlər oxunub, müzakirə edilib və tamaşaya qoyulmasına qərar verilib. Bundan əlavə teatrın öz imkanları sayəsində fəaliyyət göstərən studiyada teatr üçün yeni kadrların hazırlanmasına gözəl mühit yaradılıb, bu sahəyə maraq göstərən gənclərə teatrdakı mütəxəsislər tərəfindən aktyor sənəti, nitq mədəniyyəti, rəqs, vokal məşğələsi kimi bir sıra bilinməsi vacib sahələr öyrədilib. Ötən müddət ərzinə teatr kollektivinin 80 %-dən çoxu peyvənd olunaraq COVID-19 pasportu alıb. Qeyd edək ki, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin tətbiqindən sonra fəaliyyətə başlayacaq teatrda həm tamaşaçı sayının az olması, həm də mövcud vəziyyətdən çıxmaq məqsədi ilə bilet qiymətlərində 50 % artım olacağı da gözləniləndir. Вернуться назад |