Главная > Cəmiyyət / Manset > AŞPA mina xəritələrinin Azərbaycana verilməsinin vacib olduğunu bildirib

AŞPA mina xəritələrinin Azərbaycana verilməsinin vacib olduğunu bildirib


27-09-2021, 16:58. Разместил: azadses
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə qəbul edilib.

“Report” xəbər verir ki, qətnamədə 1991-1994-cü illərdə baş verən birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlük ikinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb.

Qarabağ müharibəsi zamanı baş verən insan faciəsinin aradan qaldırılması məqsədilə hər iki tərəfə tövsiyələr ünvanlanıb.

AŞPA İkinci Qarabağ müharibəsinə son qoyan 9-10 noyabr tarixli atəşkəs elan olunmasına dair üçtərəfli razılaşmanı yüksək qiymətləndirib, sənədin atəşkəs üçün əsas elementlərdən ibarət olduğunu, müharibənin humanitar nəticələrinin həll edilməsinə imkan yaradan aparıcı sənəd olduğunu bildirib.

Qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar.

Beynəlxalq icma xüsusilə Avropa Şurası hər iki ölkəyə yardım göstərməyə dəvət edilib.


Вернуться назад