Главная > Cəmiyyət / Manset > Sumqayıtda azyaşlı qardaşlar oğurlanıb? - YENİLƏNİB

Sumqayıtda azyaşlı qardaşlar oğurlanıb? - YENİLƏNİB


25-09-2021, 16:10. Разместил: azadses
Ötən gün sosial şəbəkələrdə Sumqayıtda azyaşlı qardaşların itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat əsassızdır:

“Sumqayıtda polis idarəsinə sözügedən azyaşlı qardaşların oğurlanması və ya itkin düşməsi ilə bağlı heç bir məlumat daxil olmayıb. Belə bir hadisə baş verməyib”.

Könül Cəfərli

00:13

Sumqayıtda iki azyaşlı qardaş itkin düşüb.

Lent.az xəbər verir ki, bununla bağlı onların yaxınları sosial şəbəkədə paylaşım edib.

Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.

Paylaşımı edən şəxsin sözlərinə görə, hadisə anı kameralara da həkk olunub.


Вернуться назад