Главная > Cəmiyyət / Manset > Gəncədə elektrik stansiyasının işçisini cərəyan vuraraq öldürüb

Gəncədə elektrik stansiyasının işçisini cərəyan vuraraq öldürüb


17-09-2021, 09:32. Разместил: azadses
Gəncədə bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Sözügedən ünvanda elektrik stansiyasında elektrik işləyən 1966-cı il təvəllüdlü İsmayılov İlyas Abış oğlunu cərəyan vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, mərhumu 10 k/v-luq elektik cərəyanı vurub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

İlhamə Əbülfət


Вернуться назад