Главная > Cəmiyyət > İctimai fəalın döyülməsi iddiaları il bağlı açıqlama - RƏSMİ
İctimai fəalın döyülməsi iddiaları il bağlı açıqlama - RƏSMİ1-05-2020, 12:19. Разместил: azadses |
Sosial şəbəkələrdə ictimai fəal Niyaməddin Əhmədovun işgəncələrə məruz qaldığına dair məlumatlar paylaşılıb. Azad Səs Oxu.Az-a istinadən xəbər verir ki, paylaşımlarda iddia edilir ki, Binəqədi İnzibati Saxlanma Təcridxanasında 30 sutkalıq inzibati həbs cəzası çəkən N.Əhmədova ağır işgəncələr verilib və bu barədə o, çətinliklə də olsa, ailə üzvlərinə məlumat ötürə bilib. Sosial şəbəkədə yayılan məlumatların da ilk olaraq ictimai fəal N.Əhmədovun ailə üzvləri tərəfindən ictimailəşdirildiyi qeyd olunur. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimini pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülür: “Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, gün ərzində onlarla vətəndaş ictimai nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən müəyyən edilərək, barələrində inzibati qaydada tədbirlər görülür. Tovuz rayon sakini Niyaməddin Arif oğlu Əhmədov da onlardan biridir. Aprelin 16-da o, xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb. Bu əməli azmış kimi, o, üstəlik polisin qanuni tələbinə də riayət etməyib. Ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci madəlləri ilə protokol tərtib olunub və Xətai rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib”. E.\Zahidov onu da əlavə edib ki, vətəndaş N.Əhmədovun söyülməsi və işgəncələrə məruz qalması haqqında sosial şəbəkələrdə paylaşılan məlumatlar əsassızdır: “Bəziləri sosial şəbəkələrdə N.Əhmədovun həbsi ətrafında əsl şou yaradaraq iddia edirlər ki, guya o, şərlənib, döyülüb, təzyiqə məruz qalıb. Bu iddiaların heç bir əsası yoxdur. Qərəzdən irəli gələn uydurmalardır. N.Əhmədov törətdiyi konkret hüquqazidd əmələ görə qanuna uyğun olaraq, məhkəmənin qərarı ilə həbs edilib. Saxlanılan andan vəkillə təmin olunub, həkim müayinəsindən keçirilib. Vaxtında qida ilə təmin olunur və saxlanma şəraitindən də heç bir narazılğı yoxdur”. Вернуться назад |