Главная > Cəmiyyət / Manset > Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb olundu

Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb olundu


11-09-2021, 17:44. Разместил: azadses
Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bu Oxu.Az-a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Onun sözlərinə görə, artıq ötən gün gecə saatlarından dəvət edilən xarici mütəxəssislər yerli həkimlərlə birlikdə Y. Zurufçunun vəziyyətini müşahidə ediblər:

“Həkimlər Yaqubun vəziyyətini izləyib, konsilium edib və vəziyyətə uyğun dəyərləndirmə aparıblar. Ortaq qərar əsasında ona müalicə və terapiya təyinatına qərar veriləcək. Bizə də bu gün yekun nəticə barədə məlumat verəcəklər. Mənə əvvəlcədən də deyilmişdi ki, qısa zamanda yekun söz söyləmək çətindir. Lakin, şükür edirik ki, ən azından onun vəziyyətində geriləmə yoxdur. Yaqubun vəziyyəti stabil olaraq qalır”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y. Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.

Könül Cəfərli


Вернуться назад