Главная > Cəmiyyət / Manset > Qan qrupu COVID-19-un gedişatına təsir edə bilər?
Qan qrupu COVID-19-un gedişatına təsir edə bilər?7-09-2021, 09:04. Разместил: azadses |
İnsanın qan qrupunun COVID-19-un gedişatına təsir edə biləcəyini sübut edən heç bir elmi dəlil yoxdur. Bunu rusiyalı mütəxəssis Olqa Eyxler VI Şərq İqtisadi Forumunda bildirib. O qeyd edib ki, müxtəlif mənbələrə görə dünyada birinci qan qrupu üstünlük təşkil edir, ikincisi bir az daha az yayılıb, üçüncü və dördüncü isə onlara nisbətən azdır. Mütəxəss fikrini bu cür izah edib: “Rusiyada ikinci qrupdan olan insanlara daha çox rast gəlinir. Buna görə də, əhalidə ikinci qrupun daha çox olduğunu nəzərə alsaq, hər hansı bir xəstəlikdə, yalnız koronavirus infeksiyası deyil, həm də cərrahi, obstetrik qanaxmalarda daha çox ikinci qan qrupu tələb olunur”. Mənbə: TASS Вернуться назад |