Главная > Cəmiyyət > Cənazə namazına qatılan 45 nəfər koronavirusa yoluxdu

Cənazə namazına qatılan 45 nəfər koronavirusa yoluxdu


29-04-2020, 16:03. Разместил: azadses
Türkiyənin Nevşehir bölgəsinin Ürgüp mahalının 8 gün əvvəl karantinə alınan Taşkınpaşa kəndində cənazə namazından sonra 45 nəfərdə koronavirus aşkarlanıb.
Azad Səs“urgupajans.com”a istinadən xəbər verir ki, Taşkınpaşa kənd sakinləri bu yaxınlarda dünyasını dəyişən kənd sakini Rıza Uzunun cənazə namazına qatılaraq sosial məsafə qaydalarına əməl etməyiblər. Cənazə namazından sonra tibbi heyət tərəfindən aparılan yoxlamalar zamanı kənddə yaşayan 45 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Ürgüp bələdiyyəsi kütləvi cənazə namazını qılmağa icazə verən kənd muxtarı Emin Esentürk, muxtarlıq üzvləri və namazı qıldıran imamla bağlı istintaq başladıb.
Вернуться назад