Главная > Cəmiyyət / Manset > Azərbaycanda zəlzələ olub
Azərbaycanda zəlzələ olub18-08-2021, 08:05. Разместил: azadses |
Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeralı təkanlar yerli vaxtla saat 00:35-də Lerik stansiyasından 19 km şərqdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3,1 maqnitudada baş verib, zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb. Вернуться назад |