Главная > Cəmiyyət > Avstriya karantin rejimini ləğv edir - sağalmamış 2363 xəstəsi var

Avstriya karantin rejimini ləğv edir - sağalmamış 2363 xəstəsi var


28-04-2020, 13:23. Разместил: azadses
Avstriya hökuməti aprelin 30-na qədər elan olunmuş karantin rejimini uzatmamaq barədə qərar verib.
Azad Səs-in məlumatına görə, bu günə olan məlumata bu ölkədə 2 min 363 koronavirus xəstəsi var və bunlardan 140-nın vəziyyəti ağırdır. Ölkədə toplam 15 min 274 nəfər koronavirusa tutulub və bunlardan 549-u ölüb,  12 min 362 nəfər isə sağalıb. 
Amma Avstriyanın Səhiyyə naziri Rudolf Anşober karantin rejimini uzatmamaq  qərarı barədə açıqlama verib.
Onun sözlərinə görə, aprelin 30-dan sonra insanlara sərbəst şəkildə evlərini tərk etməyə icazə veriləcək. Həmçinin ölkədə 10 nəfərdən çox iştirakçı olmamaq şərti ilə tədbirlərin keçirilməsinə icazə veriləcək. Dəfn mərasimlərində isə 30 nəfərə qədər insanın iştirak etməsinə icazə veriləcək.
Bu məhdudiyyətlər iyun ayının sonuna qədər qüvvədə qalacaq. İyundan sonra isə məhdudiyyətlərə yenidən baxılacaq.
Qeyd edək ki, mayın 1-dən etibarən Avstriyada qeyri-ərzaq mağazaları və ticarət mərkəzləri, mayın 15-dən etibarən isə restoran və barlar açılacaq.


Вернуться назад