Главная > Cəmiyyət / Manset > Qaradağda yol qəzası olub, xəsarət alan var

Qaradağda yol qəzası olub, xəsarət alan var


18-08-2021, 13:32. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Həsənov Fuad Rövşən oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад