Главная > Cəmiyyət / Manset > FHN rəsmisi: “Türkiyədəki yanğınlarla bağlı qarşımıza qoyulan tapşırıq tam yerinə yetirilib”
FHN rəsmisi: “Türkiyədəki yanğınlarla bağlı qarşımıza qoyulan tapşırıq tam yerinə yetirilib”17-08-2021, 07:44. Разместил: azadses |
“Bildiyiniz kimi iyulun 30-da cənab Prezident İlham Əliyevin tapşırığı əsasında respublikamızın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyənin müxtəlif bölgələrində baş verən iri miqyaslı meşə yanğınlarının söndürülməsinə cəlb edilib. Azərbaycandan qüvvə və vasitələr 4 mərhələli olaraq qardaş Türkiyəyə göndərilib. Biz artıq iyulun 31-dən müxtəlif bölgələrdə yanğınların söndürülməsinə başlamışdıq. Yanğınlar əsasən Marmaris şəhərinə yaxın ərazidə, Muğlada, Aydın və Dənizli şəhəri ətrafında baş vermişdi”. “Report” xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib. FHN rəsmisi qeyd edib ki, Azərbaycanın dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas məqsəd türkiyəli həmkarlarla birlikdə birləşərək, yanğınların qısa zamanda söndürülməsinə nail olmaq idi: “Cənab prezidentin tapşırığı tərəfimizdən yerinə yetirildi. Qısa zamanda iri şəhərləri, kəndləri, qəsəbələri, fərdi yaşayış evlərini mühafizə etdik. Hesab edirəm ki, artıq Fövqəladə Hallar Nazirliyi qarşısında qoyulmuş tapşırıqlar tam yerinə yetirilmişdir və FHN-in yanğın-xilasetmə qüvvələrinin ikinci qrupu Bakıya çatıb”. Rza Xudiyev həm də bildirib ki, bizim 90 avtomobildən ibarət iki kolon, yanğın əleyhinə xüsusi texnika hazırda yolda, Türkiyədədir. Birinci kolon səhər saatlarında Gürcüstan ərazisini keçəcək. İkinci kolon isə ondan 8 saat sonra Gürcüstan ərazisində daxil olacaq. Вернуться назад |