Главная > Cəmiyyət / Manset > Ağsu rayonunda geniş ərazidə yanğın başlayıb

Ağsu rayonunda geniş ərazidə yanğın başlayıb


14-08-2021, 12:01. Разместил: azadses
Ağsu rayonu, Bico kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 30 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.


Вернуться назад