Главная > Cəmiyyət / Manset > Şəmkirdə dağlıq ərazidə yanğın başlayıb

Şəmkirdə dağlıq ərazidə yanğın başlayıb


14-08-2021, 08:51. Разместил: azadses
Şəmkir rayonu, Tatarlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 1 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.


Вернуться назад